İranlı ekspertdən Azərbaycana qarşı ənənəvi təxribat xarakterli paylaşım

2022-08-26 13:34:00

İranlı ekspertdən Azərbaycana qarşı ənənəvi təxribat xarakterli paylaşım

İranın kəskin anti-Azərbaycan mövqeyi ilə seçilən eksperti Salar Seyfəddini ötən gün öz Tvitter səhifəsində növbəti qərəzli paylaşımında İrəvandakı Azərbaycanın qədim Göy Məscidini “İran məscidi” adlandırıb.
“Bu gün erməni fəallar İrəvandakı “İrana məxsus” Göy Məsciddə aksiya keçirərək İranın siyasəti və dini rəhbərinin #Turan-NATO dəhlizi ilə bağlı çıxışını alqışlayıblar”, deyə o yazıb.
Qeyd edək ki, fotodakı erməni fəallardan birinin əlindəki vərəqədə “İran-Ermənistan sərhədi qırmızı xəttdir”, digərinin əlindəki vərəqədə isə İranın ali rəhbərinin “Əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti izlənərsə, İslam Respublikası buna qarşı çıxacaq. Çünki bu sərhəd bir neçə min illik əlaqə yoludur” cümləsi yazılıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.083077