İranlı ekspert: İsrailin ağıllı kəndlərin qurulmasına köməyi İran üçün problem yaradır

İranın “Mehr” agentliyi Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş dəyirmi masa keçirib. Dəyirmi masada Ermənistandan ekspert Janna Vardanyan, İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakain və ekspert Bəhmən Şueyb iştirak ediblər. Sonuncu İsrailin bölgədə təsiri haqda suala cavab verərkən bildirib ki, hərçənd Azərbaycanda İsrail bazaları yoxdur, İsrail Azərbaycanı İrana zərbə endurmək üçün platsdarm kimi gözdən keçirir. Onun sözlərinə görə, nüvə proqramı ilə bağlı adamları aradan götürmək üçün təxribatçılar, PUA-lar və sabotaj aksiyaları məhz Azərbaycandan sızıb. O həmçinin bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra İsrailin təsiri güclənib və ölkə Rusiyanı sıxışdıraraq Azərbaycana silah təchizatında irəli çıxıb. İsrail azad olunmuş ərazilərdə ağıllı kəndlərin qurulmasına kömək edir. Bu isə İran üçün problem yaradır.
P.S. "Ağıllı kəndlər"in İrana nə kimi problem yaradacağını isə "ekspert" açıqlamayıb. Əgər bu "ekspertlər"in mahiyyətindən irəli gələn məram-məqsədi anlamasaq düşünə bilərik ki, yəqin o, bunun üzərində "baş sındırmaq" istəməyib. Amma İranlı ekspertlərin mövqelərinin dövlətlərinin cızdığı şərçivədən kənara çıxa bilmədiyini, buna cəsarətlərinin çatmadığını nəzərə alsaq by "ağıllı kənd" məsələsinin İrana niyə xoş gəlmədiyi haqda ehtimal yürüdə bilərik. Çox güman ki, azad edilmiş ərazilərdə quraşdırılacaq ağıllı kəndlərdə tətbiq ediləcək son texnologiyalar molla hökumətinin narkotrafik əməliyyatlarını izləməyə imkan verəcək. Başqa sözlə narkoticarətdən milyonlar qazanan narkomolla rejimi "gecə qara, cücə qara" prinsipi ilə törətdiyi qara əməllərin elə qaranlıqda qalmasını istəyir. Ağıllı kəndlərdə tətbiq ediləcək texnologiyalar narkomolla rejiminin paxırlarını açacaq. Bu səbəbdən "ağıllı kəndlər" məsələsi narkomolla rejiminin kefinə soğan doğrayıb.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya