İranlı deputat Azərbaycanı HƏDƏLƏDİ: "Bizim iradəmizi sınamayın" - FOTO

2022-09-19 19:49:00

İranlı deputat Azərbaycanı HƏDƏLƏDİ:

“İran İslam Respublikası İranın sərhədlərinin dəyişdirilməsini düşünənlərin xəyalını tarixi kabusa çevirir. Bizim iradəmizi sınamayın”.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə Ermənistan tərəfdarları sırasına qoşularaq Azərbaycanı hədələyıb.

“İran İslam Respublikası İranın sərhədlərinin dəyişdirilməsini düşünənlərin xəyalını tarixi kabusa çevirir. Bizim iradəmizi sınamayın”, – Cəlalzadə tviter hesabında yazıb.

Qeyd edək ki, İran parlamentinin növbədənkənar iclasında Ermənistan-Azərbaycan məsələsinin müzakirəyə çıxarılacağı bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.121650