Saat:10:10
Haqqımızda

"İranlı deputat ağalarının fikirlərini səsləndirib" - ELXAN ŞAHİNOĞLU

2024-05-14 12:52:00

"İran hakimiyyəti, dindarları və hərbiləşdirilmiş qruplar bu qənaətdədirlər ki, bölgədə müharibələr İran sərhədinə yaxınlaşır, bundan qorunmağın yolu isə düşmənləri nüvə silahı ilə qorxutmaqdır"

"İranlı deputatlardan birinin “məncə biz nüvə silahına sahibik, sadəcə bunu elan etmirik” açıqlaması ABŞ və İsrailə ünvanlanıb. Deputatın sözlərinə görə, İranın ABŞ və İsrailə ayaq uydura bilməsi üçün nüvə silahına sahib olması şərtdir. İranın ali dini lideri bir vaxtlar nüvə silahına yiyələnmənin İslama zidd olduğunu deyərək Qərbin İrandan əl çəkməsini istəyirdi. Ancaq buna inanan az idi, çünki faktlarla sübut olundu ki, İranda gözdən uzaq mərkəzlərdə uranın zəginləşdirilməsi prosesi davam edir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Ekspertlərin rəyinin müxtəlif olduğunu vurğulayan politoloqun sözlərinə görə, bir qrup iddia edir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır, digər qrup əks fikirdədir: "İran hakimiyyəti, dindarları və hərbiləşdirilmiş qruplar bu qənaətdədirlər ki, bölgədə müharibələr İran sərhədinə yaxınlaşır, bundan qorunmağın yolu isə düşmənləri nüvə silahı ilə qorxutmaqdır. Ona görə də Tehran nüvə silahına hələ yiyələnməyibsə belə, bu istiqamətdə çalışmalardan imtina etməyib. İranlı deputat ağalarının fikirlərini səsləndirib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200583