İranlı böhtançı "siyasi şərhçi"dən növbəti təhqir gəldi-o Azərbaycanı "yaşıl ləkə" adlandırdı

2022-08-05 09:46:00

İranlı böhtançı

İranlı siyasi şərhçi Azərbaycanı “yaşıl ləkə” adlandırdı. Belə ki, İranın ənənəvi kəskin anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan Qafqaz üzrə “eksperti” Salar Seyfəddini şəxsi “Twitter” səhifəsində Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.
Azərbaycana qarşı hörmətsizlik edərək onu xəritədə “yaşıl ləkə” adlandıran “siyasi şərhçi” yazıb:
“O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061407