İranlı analitikdən maraqlı açıqlama: Putinin Tehran səfərinin məqsədi İranı Ukrayna müharibəsinə cəlb etməkdir

2022-07-20 13:56:00

İranlı analitikdən maraqlı açıqlama: Putinin Tehran səfərinin məqsədi İranı Ukrayna müharibəsinə cəlb etməkdir

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “İran diplomatiyası” saytına müsahibəsində vurğulayıb ki, uğursuz, səmərəsiz və passiv xarici siyasətlə sonda elə bir nöqtəyə gələcəyik ki, Astana zirvə toplantısına Tehranda ev sahibliyi etsək də, Rusiya və Türkiyə bizi oyundan kənarda qoya, biz isə öz ölkəmizdə uduzan tərəfə çevrilə bilərik.
Sual: Putinin Tehrana səfərini Ukrayna müharibəsində istifadə edilmək üçün İrandan Rusiyaya dronların göndərilməsi ilə bağlı bəzi xəbər və iddialarla əlaqələndirmək olar?
- İrandan Rusiyaya pilotsuz təyyarələrin göndərilməsi xəbərinin yayılması, şübhəsiz ki, Putinin İrana səfərinin əsas məqsədlərinə xidmət edir. Belə ki, Rusiya və şəxsən Putin ciddi və rəsmi şəkildə İran PUA-larını Ukraynadakı müharibəyə cəlb etməyə çalışır.
Düzdür, dünyanın ikinci hərbi gücü olan Rusiyanın İran pilotsuz təyyarələrinə ehtiyacı yoxdur, bəs niyə İrandan silah istəyir?! Birincisi, Rusiya üçün Ukraynadakı müharibənin bədəli və müharibənin davam etdirilməsinin dağıdıcı təsirləri azalacaq. Bu, mütləq logistik və hərbi bədəl deyil, çünki İranın pilotsuz uçan aparatı Rusiyanın Ukraynadakı müharibədəki xərclərini azaltmaq gücündə deyil.
Burada “bədəl” sözünə yönələn əsas diqqət, sırf müharibənin ruslar üçün siyasi və diplomatik ağırlığıdır. Digər ölkələri Ukrayna savaşına çəkməklə onun bədəli ölkələr arasında bölünür. Ona görə də, bu bədəli İranla bölüşmək məqsədi ilə Rusiya bizdən pilotsuz təyyarələr almağı təklif etməklə, İranı da Ukrayna ilə müharibəyə cəlb etməyə can atır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052545