Saat:20:11
Haqqımızda

İranla Türkiyə arasında münaqişə mümkündürmü? - TƏHLİL

2023-01-31 12:21:00

İranla Türkiyə arasında münaqişə mümkündürmü? - TƏHLİL

Və yaxud İranın hərbi obyektlərinə hücumun arxasında Ukraynanın da əli varmı?

2019-cu ildə Qarabağda yaşanan gərginlikdən sonra Ankara ilə Tehran arasında münasibətlər kifayət qədər soyuqlaşıb. Bunun əsas səbəblərindən biri odur ki, İran Ermənistanı, Türkiyə Azərbaycanı dəstəkləyir.

Bu münasibətlər konteksində rəsmi Tehran Zəngəzur dəhlizinin yaradılması ideyasına qarşıdır. Çünki bu, reallaşarsa, ölkənin tranzit rolu kəskin şəkildə azalacaq. Rəsmi Ankara isə bu dəhlizin açılmasında maraqlıdır, ona görə ki, Türkiyəyə əlavə üstünlük qazandırır.

Bir tarixi faktor da var, osmanlılar və farslar arasında əsrlər boyu davam edən birincilik rəqabəti və keçmişdən bu günə miras qalmış bir çox ziddiyyətlər.

Lakin son vaxtlar Türkiyə və İran arasındakı “buzların” əridilməsinə cəhdlər edilir. Xüsusən də Tehran tərəfindən. Hansı ki, yanvarın 17-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Ankaraya planlaşdırılmamış səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə “normallaşma”nı müzakirə etdi.

Bu arada isə, molla rejimi tərəfindən İran-Türkiyə münasibətlərinə yeni zərbə vuruldu - Tehranda Azərbaycan səfirliyinə qarı terror həyata keçirildi.

Əlbəttə, bundan sonra vəziyyətin necə inkişaf edəcəyi kəşfiyyat məlumatlarından asılıdır. Yəni istər Türkiyə, istər də Azərbaycanın kəşfiyyat xidmətləri tezliklə bu hadisənin arxasında kimlərin, hansı qüvvələrin dayandığına dair hesabat təqdim etməlidirlər.

Maraqlıdır ki, artıq qardaş ölkədə bəzi ekspertlər Türkiyə ilə İran arasında müharibə olacağını proqnozlaşdırırlar. Lakin bu, az ehtimal olunur. Lakin istər Türkiyə-İran, istər də Azərbaycan-İran münasibətlərinin daha da gərginləşəcəyi istisna deyil. Üstəlik, İsrailin iki gün əvvəl İranın hərbi obyektlərinə hücumu da ortaya qoyur ki, regionda bir savaş baş verəcəksə, bu, İsral və İran arasında olacaq.

Konkret İrana qarşı əməliyyatlara gəldikdə, çox güman ki, bu, CIA və Mossad-ın birgə planıdır. Çünki hər iki kəşfiyyat qurumu “seriyalı aksiyaları” sevirlər və burada serialın ikinci epizodu İsrailin pilotsuz təyyarələrin istehsalı üçün hərbi obyektlərə hücumu olub.

Bu prosesdə Ukrayna da dolayısı ilə iştirak edə bilər, çünki məhz bu ölkə Rusiyaya İran pilotsuz təyyarələrinin tədarükü ilə bağlı molla rejiminin cəzalandırılmasını fəal müdafiə edir. Hətta İranın hərbi obyektlərində gecə saatlarında törədilən partlayışlarda Kiyev rejiminin əlinin ola biləcəyi də istisna edilməməlidir. Hansı ki, Ukrayna prezidentinin müşaviri Podolyak bunu dolayısı ilə təsdiqləyib. O, sosial şəbəkələrdə "İranda gecə partlayışları - pilotsuz təyyarələrin və raketlərin istehsalı, neft emalı zavodu. Ukrayna sizə xəbərdarlıq edib", yazıb. Bu isə, srağagün gecə İsfahan və Təbrizdə hərbi fabriklərə və silah-sursat anbarlarına vurulan dron hücumlarına işarədir.

Maraqlıdır ki, bundan əvvəl də İranda "istehsalın məhvinə doğru getməyə" çağıran məhz Podolyak idi.

Ülviyyə ŞÜKÜROVA

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR