Saat:13:51
Haqqımızda

İranla Səudiyyə Ərəbistanı barışırlar – Kral Salman İranı “qardaş ölkə" adlandırdı

2023-03-23 10:53:00

İranla Səudiyyə Ərəbistanı barışırlar – Kral Salman İranı “qardaş ölkə

Yəməndə vəziyyət dəyişəcəkmi?

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Tehran ilə Ər-Riyad XİN rəhbərləri səviyyəsində danışıqlar təşkil eləmək barəsində razılaşıblar. İran ilə Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin görüşlərində iki ölkədə diplomatik nümayəndəliklərin açılışına hazırlıq məsələsi müzakirə ediləcək.

Martın 22-də Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysal bin Fərhan Əl Səid ilə iranlı həmkarı Əmir Abdullahiyan arasında telefon danışığı olub, tezliklə görüş keçirilməsi barəsində razılıq əldə edilib.

Ötən həftəsonu İranın Prezident Aparatının açıqlamasında verilən xəbərdə Səudiyyə Ərəbistanının kralı Salman əl Səudin İran Prezidenti İbrahim Rəisinin kral sarayına dəvət elədiyi, Tehranın bu çağırışı müsbət qarşıladığı bildirilirdi. Kral Salman dəvət məktubunda iki ölkə arasındakı münasibətlərin normallaşdırılmasından məmnunluğunu ifadə edib, İranı “qardaş ölkə” adlandırıb, Tehrana iqtisadi və siyasi əlaqələri möhkəmləndirməyə çağırıb.

Xatırladaq ki, İran ilə Səudiyyə Ərəbistanı martın 10-da Çinin paytaxtı Pekin şəhərində keçirilmiş görüşdən sonra diplomatik əlaqələrin bərpa edilməsi barəsində açıqlama veriblər. İki ölkə arasındakı münasibətlər 7 il bundan əvvəl İrandakı Səudiyyə səfirliyinə ardıcıl hücumlardan sonra dayandırılmışdı. Hücumların səbəb kimi Səudiyyə Ərəbistanında şiə dini liderinin edam edilməsi göstərilirdi.

Xatırladaq ki, Yəməndə uzun müddət ərzində İranın dəstəklədiyi husilərlə, Səudiyyə Ərəbistanının dəstəklədiyi ölkə rəhbərliyi arasında qanlı müharibə gedib. Əhali dəhşətli aclıq fəlakəti ilə qarşı-qarşıya qalıb. Mətbuatda gedən xəbərlərə görə, İranla Səudiyyə Ərəbistanı arasındakı barışıq Yəməndə də sülh üçün faydalı olacaq. Beynəlxalq təşkilatların açıqlamalarına görə,Yəmən uşaqların yaşaması üçün ən fəlakətli ölkələrdən biridir.  Bu gün "vəhabi-rafizi"  söhbətlərini apararaq, müsəlman dünyasında qanlı nifaqlar törətməyə çalışanlar, komanda azarkeşliyi kimi məzhəbçilik söhbətini qızışdıranlar neft quyuları Qərbin əlinə keçmiş Suriyanın, humanitar fəlakət zonasına çevrilmiş Yəmənin vəziyyətindən ibrət götürməlidirlər. Səudiyyə Ərəbistanı ilə İranın arasında barışıq Yaxın Şərqdə müsbət dəyişikliklərə aparacaqmı? Bunu zaman göstərəcək. 

Hürr Tərcüman

Bu Yıl Yemen'de 400 Bin Çocuk Yiyecek Bulamadığı İçin Ölecek, 2. Milyonu da  Aç KalacakJemen Protest UN Bürgerinitiative

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR