İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər
2023-01-03 14:16:00

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Braziliyada İranın parlament məsələləri üzrə vitse-prezidenti Məhəmməd Hüseyni ilə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysal ibn Fərhan əl Səud arasında görüş baş tutub. Onlar Braziliyanın yeni Prezidentinin inauqurasiyası mərasimində iştirak eləmək üçün bu ölkəyə səfər ediblər.
Səudiyyə Ərəbistanının XİN rəhbəri Ər-Riyadın İranla danışıqları davam etdirməyə hazır olduğunu söyləyib. Feysal ibn Fərhan əl Səud İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin regiondakı vəziyyətə təsir etdiyini də vurğulayıb.
Xatırladaq ki, 2022-ci il dekabrın 19-da Bağdadda Səudiyyə Ərəbistanı ilə İranın xarici işlər nazirlərinin görüşü keçirilmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya