“İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər bərpa edilə bilər”

2023-01-13 22:15:00

“İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər bərpa edilə bilər”

Hurriyyet.az xəbər verir ki, regional rəqiblər olan İran ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar davam edir və son nəticədə bu iki ölkə arasındakı diplomatik münasibətlər bərpa edilə bilər. Bu barədə açıqlamanı İranın Xarici İşlər naziri Hüseyn Abdullahiyan cümə günü, Beyrutda mətbuat konfransında verib. Nazir ötən ay İordaniyada keçirilən konfrans zamanı Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysal bin Fərhan Əl Səud ilə görüşdüyünü də qeyd edib. Bu görüş yeddi il əvvəl münasibətlər pozulandan sonra iki ölkə arasında yüksək səviyyəli ilk görüş olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146021