Saat:01:20
Haqqımızda

İranla Səudiyyə Ərəbistanı arasında barışıq addımı - Nələr gözlənilir?

2022-05-17 20:09:00

İranla Səudiyyə Ərəbistanı arasında barışıq addımı - Nələr gözlənilir?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, bu barədə məlumatı İrandan olan millət vəkili Cavad Kərimi Qüddisi verib. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan Qüddisinin sözlərinə görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan yaxın zamanda İraqın paytaxtı Bağdadda görüşəcəklər.

İranın yarırəsmi Fars informasiya agentliyinə məlumat verən millət vəkili deyib: “Yaxın zamanda Xarici İşlər nazirimiz Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan Bağdadda görüşəcəklər. Bu görüşdə ikitərəfli münasibətlər, səfirliklərin açılması və Yəməndəki böhran başda olmaqla regional məsələlər müzakirə ediləcək”.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilməyib.

Münasibətlərin tarixi

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən Nimrin də olduğu 47 nəfər “terror” ittihamı ilə edam edilmişdi. Edamlara etiraz edən iranlı dövlət xadimlərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin və Məşhəd şəhərindəki konsulluğunun binalarına İrandakı etirazçılar od vurmağa çalışmışdılar.

2015-ci ilin martında Yəməndə başlayan böhran səbəbindən iki ölkə arasında gərginləşməyə başlamış diplomatik münasibətlər bu hadisələrdən sonra tamamilə kəsilmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174785