İranla sərhəddə ƏMƏLİYYAT - FOTO

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram “marixuana”, 3 kq 250 qram “tiryək” və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bizim.media
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya