Saat:21:52
Haqqımızda

İranla Rusiya razılaşır - 2025-ci ilin yanvarında...

2024-12-23 13:53:21

İranla Rusiya razılaşır - 2025-ci ilin yanvarında...

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tehran ilə Moskva 2025-ci ilin yanvarında hərtərəfli strateji əməkdaşlıq barəsində müqavilə imzalaya bilərlər.
Bu barədə İran XİN-in rəsmi təmsilçisi İsmail Bəqai mətbuat konfransında məlumat verib: "Tezliklə, ikitərəfli görüş zamanı bu məsələ reallaşdırılacaq. Dey ayının (İran təqvimi ilə 10-cu ay, Qriqoryan təqviminin 21 dekabr - 19 yanvar tarixlərinə müvafiqdir) axırında Allah qoysa, bu müqavilə imzalanacaq".
Hürr Tərcüman