Saat:09:12
Haqqımızda

İranla Rusiya birgə peyk istehsalına başlayacaqlar

2022-08-10 19:50:00

İranla Rusiya birgə peyk istehsalına başlayacaqlar

İran “Vaşinqton Post”un Rusiya ilə bağlı iddiasıni təkzib elədi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İranın İRNA rəsmi informasiya agentliyinin yazdığına görə, paytaxt Tehran şəhərində mətbuat konfransı keçirən Rabitə və Elmi Texnologiyalar naziri İsa Zarepur dünən Rusiya tərəfindən Qazaxıstanın Baykonur azasından atılan “Xəyyam” peyki barəsində məlumat verdikdən sonra, Rusiya ilə birgə peyk istehsalına başlayacaqlarını söyləyib.  

Zarepur pyekin 500 km məsafədəki orbitə yerləşdirildiyini və indiyə qədər peykdən 4 dəfə siqnal aldıqlarını deyib.

Zarepur peykin Rusiya tərəfindən İran üçün istehsal edildiyini xəbər verib: “Xəyyam” peykinin kosmosa göndərilməsi üçün Rusiya tərəfi ilə 400 saatdan artıq danışıq aparılıb. Bu peykin ikinci, üçüncü və dördüncü versiyaları üçün Rusiya ilə birgə istehsala başalayacağıq”.

İran Kosmik Agentliyinin başçısı Həsən Salariyə də “Xəyyam” peykinin casusluq məqsədi ilə istifadə ediləcəyinə dair iddiaların doğru olmadığını söyləyib: “Xəyyam” təbii mənbələrin idarəsi, mədənçilik, kənd təsərrüfatı və ekologiya sahələrində istifadə edilmək standartlarına görə layihələndirilmiş və istehsal edilmiş bir ölçü peykidir”.

O, peykin 600 kq ağırlıqda olduğunu və buna görə də casusluq fəaliyyəti üçün işə yaramadığını söyləyib: “Casus peykləri müəyyən ölçüyə və orbitə malikdirlər”.

40 milyon dollara başa gələn, astronom, riyaziyyatçı və şair Ömər Xəyyamın adını daşıyan peyk 5 il boyunca fəaliyyət göstərəcək. Peyk yüksək dəqiqlik kamera ilə təchiz edilib.

İranın Kosmik Agentliyinin açıqlamasında peykin tamamilə İranın nəzarətində qalacağı, başqa heç bir ölkə tərəfindən istifadə edilməyəcəyi və yalnız mülki məqsədlərlə işlədiləcəyi bildirilir.

“Vaşinqton Post” qəzetində ötən həftə dərc edilən və adı açıqlanmayan Qərb təhlükəsizlik orqanlarının məsul şəxslərinə istinad edilən xəbərdə Rusiyanın Ukraynaya qarşı müharibə zamanı “İranın peykindən istifadə edə biləcəyi” iddia edilmişdi.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR