İranla İraq arasında su mübahisələri artan templə yüksəlir

2022-06-24 13:12:00

İranla İraq arasında su mübahisələri artan templə yüksəlir

İran və İraq arasında su diplomatiyasında gərginlik artır. Bağdad Dəclə çayının İraq tərəfində axını azaltdığı ittihamı ilə İranın su siyasətinə görə Tehrana etiraz notası göndərib. Bunu İraqın Su Ehtiyatları Naziri Mehdi Rəşid "Əl-Hadas" telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı və suvarma baxımından İraq üçün kritik əhəmiyyətə malik Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə təhlükə yaradır. Bu onunla əlaqədardır ki, İran ərazisindən başlayan Kiçik Zab və onun qollarının ehtiyatlarından qeyri-məhdud istifadə Dəclə çayının İraqa axınını azaldır.
Beləliklə, nazir bildirib ki, Tehranın qonşularının maraqları nəzərə alınmadan həyata keçirdiyi su siyasəti onlar arasında gərginliyin artmasına səbəb olur.
O, həmçinin bildirib ki, İraqın ən böyük su elektrik stansiyalarından biri Kiçik Zab çayında yerləşdiyi üçün axının azalması elektrik enerjisi istehsalına təsir edir. Bu, vəziyyəti daha da gərginləşdirir, belə ki, İraq hazırda İrandan təmin olunan elektrik enerjisi və elektrik stansiyaları üçün yanacaq tədarükündən çox asılıdır və gündəlik 50 milyon kubmetrə qədər təbii qaz idxal edir.
İranın İraq və Türkiyə ilə su ehtiyatları ilə bağlı mübahisəsi uzun müddətdir ki, davam edir və indiyə qədər heç bir konstruktiv həll yolu tapılmayıb.
Paralel olaraq, İran qonşu Əfqanıstanla su döyüşlərini dayandırmır. İran hesab edir ki, Taliban Hilmənd çayının suyunu girov götürdü. 
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya