İranla Ermənistan Şərqi (və Qərbi) Azərbaycanda azad ticarət zonası yaradırlar

Hurriyyet.az “Sputnik Ermənistan” informasiya agentliyinə istinadla xəbər verir ki, İran ilə Ermənistan “Araz-Mehri” birgə azad iqtisadi zona yaratmağı planlaşdırırlar. Buraya İranın Şərqi Azərbaycan vilayətindəki “Araz” ticarət-sənaye zonası və Mehri şəhəri (Zəngəzur) daxil olacaq. Bu barədə məlumatı İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə Ali Şurası Katibliyinin Maliyyə Təşkilatları ilə iş üzrə koordinasiya şöbəsinin rəhbəri Zöhrə Bəhrəbar verib. Fars agentliyinin verdiyi xəbərə görə, Zöhrə Bəhrəbar deyib: “Biz bu məsələnin reallaşmasına xüsusi diqqət veririk və belə zonaları formalaşdırmağa davam edirik”.
Bəhrəbar “Araz” ticarət zonasının əksər “Orta Asiya ölkələrinin yaratmağa çalışdıqları” “Cənub-Şərq” beynəlxalq nəqliyyat dəhlizi zonrasında yerləşdiyini qeyd edib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya