Saat:18:39
Haqqımızda

“İranın yaratdığı Hizbullah əslində erməni təşkilatıdır” – TARİXİ FAKTLAR

2022-11-14 18:00:00

“İranın yaratdığı Hizbullah əslində erməni təşkilatıdır” – TARİXİ FAKTLAR

Tarixçi alim, dosent Zaur Əliyev Hizbullah terror təşkilatının ASALA ilə bağlılığını sübuta yetirən faktları üzə çıxarıb

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan alim ilk növbədə Hizbullahın yaranma səbəblərinə diqqət çəkib

“İranda İslam inqilabı adı altında hakimiyyətə gələn Xomeyni və onun tərəfdarlarının Türk dünyasına, İsrailə, Amerikaya qarşı terror planlarını icra etməsi üçün yaratdığı terror təşkilatı Hizbullah barədə çox yazıblar. Azərbaycanda çox təəssüf ki, bu terror təşkilatına güvənən xain qüvvələr bu təşkilatın yaradılmasında erməni terrorunun da böyük dəstəyi olduğunu bilmirlər. Hizbullah İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılmışdır. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır”. 

Zaur Əliyev qeyd edib ki, Hizbullah lideri Şeyx Həsən Nəsrullah erməni mühitində, erməni məhəlləsində böyüyüb: 

“Ətrafı ermənilər olub və Qumda təhsil almaq üçün getdiyində onun maliyyəsini ermənilər təmin ediblər. Qumda İran kəşfiyyatının təsirinə düşüb xüsusi hərbi hazırlıq keçən Nəsrullah ASALA terrorçularının sevimli tələbəsi olub. Ermənilərin himayəsində böyüyən bu şəxs onları özünün mənəvi atası hesab edib. Buna görə də, televiziya və mətbuatda çıxış edən, Livanın və İranın daxili siyasi problemlərindən danışan Nəsrullah hər zaman ermənilərin hər iki ölkənin ictimai həyatındakı rolunu yüksək qiymətləndirib. Erməni partiyaları vaxtaşırı Hizbullah rəhbərliyi ilə görüşür, erməni gənclər təşkilatları Hzibullah düşərgələrində təlimlər keçirlər. Erməni Apostol Kilsəsinin (AAC) Livan yeparxiyası yepiskopu Keqam Hatçeryan dəfələrlə Hizbullahı erməni xalqının dostu və xilaskarı adlandırıb. 

“Hizbullah”, Beka vadisində və Baalbek şəhərində hava limanı yaxınlığında yerləşən səhra düşərgələrində (yeri gəlmişkən, Baalbek hazırda hərbi əməliyyatların mərkəzi olan Livanın cənubunda yerləşir) ASALA silahlıları üçün təlimlər təşkil edir. Beyrutda keçirilən təlimlərə Livan, Suriya, İran, Türkiyədən ermənilər cəlb olunub, burada silahlılar hərbi-psixoloji təlim keçirlər”.

Alim əlavə edib ki, 1990-cı illərin əvvəllərində, Qarabağ müharibəsinin qızğın vaxtında Hizbullah təlimlərində iştirak edən erməni terrorçuları Hizbullah təlimatçılarının hazırladığı silahlıların əli ilə neçə-neçə azərbaycanlı qətlə yetirilib:

“Yaşayış məntəqələrimiz bu müsəlman təşkilatının üzvləri və yetirmələri tərəfindən işğal edildi. Məhz ermənilərlə yanaşı Hizbullah üzvü olan müsəlmanların da Qarabağa gəlib Ermənistan tərəfindən döyüşməsinin əmrini Həsən Nəsrullah verib. Məhz Hizbullah və onun yaradıcısı olan İran “İslam Dövləti”  Ermənistanın xilaskarı kimi çıxış edib, onlara yardım etməsə idi, Ermənistan uzun müddət Azərbaycan və Türkiyənin iqtisadi blokadasının öhdəsindən gələ bilməyəcək və Dağlıq Qarabağ üzrə danışıqlar prosesində ciddi güzəştlərə gedəcəkdi”.

Zaur Əliyevin fikrincə, dünən İstanbulda baş tutan terror aktının arxasında ASALA ilə birlikdə, Hizbullah da var. 

“Çünki ASALA 30 ildir Hizbullah düşərgələrində gizlənib və Hizbullah himayəsi altında yaşayır. Hizbullahın yaradıcısı isə İrandır. İran isə terrorçu bir sistemə malikdir və əminəm ki, bu terrorda ipin ucu İrana da gedib çıxacaq”.

bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR