“İranın yanaşması o qədər səhv idi ki...” – İranın Bakıdakı keçmiş səfirindən səmimi etiraf”

2022-09-01 15:31:00

“İranın yanaşması o qədər səhv idi ki...” – İranın Bakıdakı keçmiş səfirindən səmimi etiraf”

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ölkəsinin Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyini etiraf edib: “İranın əsas problemlərindən biri odur ki, biz başqa ölkələrə təhdid dili ilə müraciət edirik. Yəni kifayətdir ki, başqa bir ölkə ilə aramızda problem olduğunu hətta düşünək, dərhal təhdid mövqeyinə keçirik. Buna misal olaraq Qarabağ müharibəsini göstərmək olar.
Həmin vaxt Azərbaycan tərəfi İran TIR-larının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qarabağ bölgəsinə Xankəndiyə getməsinə rəsmi etiraz edib və İranın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İranın yanaşması o qədər səhv idi ki, bu, iki ölkə arasında çoxlu gərginliyə səbəb oldu. Baxmayaraq ki, məsələ heç də böyük və mürəkkəb deyildi və bu ölkədə effektiv səfirimiz olsaydı, o, problemi şəxsən aradan qaldıra bilərdi, amma bu, hərbi təlimlərə və... qədər gedib çıxdı.
“Amma iki ay sonra iki ölkə arasında yaranmış bu qədər problemdən, gərginlik və fikir ayrılığından sonra İran öz yük maşınlarının Qarabağa getməsinə icazə verməyən təlimat verdi. Demək istəyirəm ki, əgər düzgün siyasət yürüdülsə idi, nə bu qədər bədəl ödəyərdik, nə də iki ölkə arasındakı münasibətləri korlanardı. Kifayət idi ki, İran elə ilk gün Azərbaycan tamamilə qanuni və haqlı olaraq İran TIR-larının Qarabağa getməməsini tələb edərkən, İran bununla razılaşsa idi, bu halların heç biri baş verməzdi”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063898