Saat:20:56
Haqqımızda

İranın xarici işlər naziri: Müharibəyə hazırıq

2025-03-24 21:54:44

İranın xarici işlər naziri: Müharibəyə hazırıq

İran ABŞ ilə birbaşa danışıqların şərtini açıqlayıb.

Hurriyyet.Az “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton Tehrana qarşı siyasətini yenidən tənzimləməsə, İran ABŞ ilə birbaşa danışıqlara getməyəcək.

Nazir indiki vəziyyətdə ABŞ ilə birbaşa danışıqları rədd edib: “”Maksimum təzyiq kampaniyası” adlanan və İrana qarşı təkrarlanan təhdidlər Vaşinqtonla danışıqlara getməyi qeyri-mümkün edir. Bu, bizim qəti və aydın siyasətimizdir. ABŞ-nin İrana münasibətində əsaslı dəyişiklik olana qədər birbaşa danışıqlar aparılmayacaq".

“Bizim məqsədimiz milli maraqları və təhlükəsizliyi təmin etməkdir. Güzəştə getməyəcəyik”, - o, əlavə edib.

Nazir, həmçinin ölkəsinin istənilən ssenariyə hazır olduğunu diqqətə çatdırıb: “Əminəm ki, kimsə İrana hücum etmək ağlına belə gəlməyəcək. Çünki onlar bunun nəticələrini bilirlər. Heç bir müharibə olmayacaq. Çünki biz buna hazırıq”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166579