"İranın terrorçu teokratik rejimi bütün dünyanı aldatmağa çalışır" - XAQANİ CƏFƏRLİ

2023-01-05 10:52:00

"Tehranın Moskvaya hərbi dəstək verdiyini təsdiq edən sübutların bu ayın sonuna kimi BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacağı gözlənilir"

"Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, 2023-cü ilin ilk iki günü ərzində Ukrayna səmasında vurulan İran pilotsuz təyyarələrinin sayı artıq 80-ni keçib. Ancaq buna baxmayaraq, Rusiya İran istehsalı olan "Şahed-136" kamikadze dronlarından istifadə etməklə Ukraynanın mülki obyektlərinə qarşı terror hücumunu davam etdirməyi planlaşdırır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, terrorçu teokratik rejim bütün dünyanı aldatmağa çalışır ki, İran Rusiyaya yardım etmir: "İsrail isə İranın bütün dünyanı aldatmaq cəhdini bir dəfə artıq ifşa edib. İranın Rusiyaya yardım etiyini sübut edən əlavə məlumatların toplanması üzərində iş gedir. "Mossad"ın (İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsi) rəhbəri David Barnea bir neçə gün öncə bəyan etmişdi ki, İran Rusiyaya qabaqcıl silahların göndərilməsini genişləndirməyə hazırlaşır. Ancaq Tehran bu fəaliyyətini tam məxfilik şəraitində həyata keçirməyə çalışır".

Xaqani Cəfərlinin sözlərinə görə, İranın Rusiyaya hərbi dəstək verdiyini təsdiq edən sübutların bu ayın sonuna kimi BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacağı gözlənilir: "Həmin müzakirənin nəticəsi olaraq İranın hərbi-sənaye kompleksinin məhv edilməsi ilə bağlı qərar veriləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150318