İranın “Tahririeh” saytından İTTİHAM: Tehran və Moskvanın susqunluğu Vaşinqtonun yararlanmasına səbəb oldu

2022-09-21 14:01:00

 İranın “Tahririeh” saytından İTTİHAM: Tehran və Moskvanın susqunluğu Vaşinqtonun yararlanmasına səbəb oldu

Azərbaycan dövlətini “Bakı Respublikası” adlandıran İranın “Tahririeh” saytı yazır: “Tehran və Moskvanın Qafqazdakı öz həyati maraqlarını dəstəkləmək üçün əməli fəaliyyət göstərmədikləri halda, Amerika “Bakı Respublikasına” qarşı Ermənistana təhlükəsizlik dəstəyi verəcəyini öhdəsinə götürüb.
Amerika Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana gedərək Ermənistanla münaqişədə Azərbaycanı günahlandırıb və İrəvana təhlükəsizliklə bağlı yardım təklif edib.
Pelosi bildirib ki, onun səfəri Azərbaycanın Ermənistana qanunsuz və ölümcül hücumları fonunda böyük əhəmiyyət kəsb edir. “Biz azərbaycanlıların başlatdığı hücumları qətiyyətlə pisləyirik”, deyə o vurğulayıb.
Saytın yazdığına görə, İrəvanın bölgəsəl müttəfiqlərinin əməli addım atmaması səbəbindən bir neçə gün öncə Ermənistanın paytaxtında etirazlar keçirilib və onlar Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmasını tələb ediblər. Nümayişçilər əllərində Ermənistan və ABŞ bayraqları tutub, şüarlar səsləndiriblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.092851