Saat:01:30
Haqqımızda

İranın Rusiyadakı səfirindən maraqlı AÇIQLAMA: "ABŞ-ın sanksiyaları..."

2022-01-19 11:58:00

İranın Rusiyadakı səfirindən maraqlı AÇIQLAMA:

İranın Rusiyadakı səfiri Kazem Cəlali maraqlı fikir səsləndirib. O bildirib ki, ABŞ-ın digər dövlətlərə qarşı kütləvi sanksiyalar tətbiq etməsi həmin dövlətlərin Birləşmiş Ştatlardan asılı olmayan “müqavimət iqtisadiyyatı” yaratmaq üçün səylərini ortaq məxrəcdə birləşdirməsi və həmrəyliyi fenomenini doğurur.
Rusiya və Çin uzun müddətdir ki, milli valyutalarda hesablaşma və alternativ ödəniş sistemlərinin tətbiqi ilə məşğuldurlar. Bu təcrübə ABŞ milli valyutasının istifadəsini istisna edən mərkəzləşdirilməmiş iqtisadi model yaratmaq üçün yaxşı əsas ola bilər.
Bütövlükdə Vaşinqtondan iqtisadi asılılığın azaldılması ABŞ-ın sanksiyalarına məruz qalan dövlətlər üçün uzunmüddətli strateji hədəfdir. Sonsuz hərbi-siyasi qarşıdurma şəraitində İranın belə sistemə qoşulmaq istəyi kifayət qədər konstruktiv görünür.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR