Saat:01:50
Haqqımızda

İranın qorxduğu başına gəldi-Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsindən AÇIQLAMA: İran-Ermənistan sərhədində əməliyyat şəraiti gərgindir

2022-08-09 15:12:00

İranın qorxduğu başına gəldi-Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsindən AÇIQLAMA: İran-Ermənistan sərhədində əməliyyat şəraiti gərgindir

İran-Ermənistan sərhədində əməliyyat şəraiti gərgindir. Bu barədə Rusiya tərəfi açıqlama yayıb:
“Son vaxtlar Ermənistan və İran sərhədində gərgin əməliyyat şəraiti yaranıb, buna görə ərazidə çox sayda postlar yaradılıb”.
"Sputnik"in verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Ermənistanın İctimai Kanalına Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsi tərəfindən məlumat verilib.
Son zamanlar Ermənistan-İran dövlət sərhədində gərgin əməliyyat şəraiti yaranıb ki, bu da narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması ilə əlaqədardır. Bundan başqa, ekstremist və terror təşkilatlarının ünsürləri tərəfindən dövlət sərhədlərinin pozulması halları qeydə alınıb”,-deyə məlumatda bildirilir.
Məlumatda deyildiyi kimi, təkcə 2021-ci ildə Mehridə erməni sərhəd qüvvələrinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri qanunsuz olaraq İrandan iki yaraqlı şəxsi silah, qumbara və külli miqdarda sursatla saxlayıblar.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR