İranın Qarabağdan narkotranzit kimi istifadəsi ilə bağlı yeni görüntülər üzə çıxdı - VİDEO

2022-11-14 20:24:00

İranın Qarabağdan narkotranzit kimi istifadəsi ilə bağlı yeni görüntülər üzə çıxdı - VİDEO

Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub.

Hurriyyet.Az xəbər verir ki, “Report” bununla bağlı yeni videogörüntülər əldə edib.

Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar üzə çıxıb.

Qeyd edək ki, iki il əvvəl Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanmışdı. Cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi.

Ümumilikdə isə Qarabağın 30 illik işğalı dövründə Azərbaycan tərəfindən dəfələrlə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstələr ələ keçirilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.100190