İranın ölkəmizdəki keçmiş səfirindən maraqlı yanaşma-“Zəngəzur dəhlizi Ermənistanın bölünməsi deməkdir və beynəlxalq qayadalara ziddirmi?”

2022-09-02 15:56:00

İranın ölkəmizdəki keçmiş səfirindən maraqlı yanaşma-“Zəngəzur dəhlizi Ermənistanın bölünməsi deməkdir və beynəlxalq qayadalara ziddirmi?”

İranın Azərbaycandakı sabiq səfiri, Əfşar Süleymani öz məqaləsində Azərbaycan Respublikası və Naxçıvan arasında Zəngəzur dəhlizinin yaradılmasının siyasi-iqtisadi əhəmiyyəti və hüquqi əsaslarını araşdırıb.
Hazırda beynəlxalq münasibətlər üzrə ekspert olan Əfşar  Süleymani “Zəngəzur: qarşılıqlı fəaliyyət ya qarşıdurma nöqtəsi” adlı yazısında “Cənubi Qafqazda geosiyasi dəyişiklilərin Azərbaycan, İran və Ermənistan üçün fürsətlər və təhdidləri”ni şərh edib.
“Cəhan-e-sənət” adlı qəzetdə Əfşar Süleymani yazır ki, bəziləri Zəngəzur dəhlizi açılandan sonra “Türkiyənin geosiyasi birliyinin Ermənistan üzərindən keçməklə Azərbaycan, Xəzər və Mərkəzi Asiya ilə geoiqtisadi bağlılığa çevrilmə”sindən narahatdır.
“Hər bir ölkənin geoplolitik şəraitə malik olmağa haqqı çatmırmı? Hər bir dövlətin öz daxili ərazisi ilə bağlı qərar verməyə milli hakimiyyəti və ərazi bütövlüyü haqqı yoxmu? Məgər, dövlətlərin o cümlədən, İranın, lazım olduğu təqdirdə qonşusu ilə öz sərhədini bağlamaq haqqı yoxdur?”, deyə Süleymani qeyd edir.
Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı razılaşması
Bakı ilə İrəvan arasında bir neçə kommunikasiya dəhlizinin mübadiləsinə dair razılaşmaya da toxunan Əfşar Süleymani əlavə edir: “Azərbaycan özünün nəzarəti olmadan bir dəhlizi Ermənistanın ixtiyarına verib ki, Qarabağın bir hissəsində (Xankəndi, Ağdərə, Xocavənd və Xocalı) yaşayan ermənilərlə əlaqə yarada bilsin. Rəsmi Bakı hesab edir ki, Ermənistan da Azərbaycanın Naxçıvanla Zəngəzur üzərindən əlaqəsi üçün analoji addımı atmalıdır. Naxçıvan Azərbaycanın tərkib hissəsidir və ərazisinin bir parçasıdır. Halbuki, Qarabağın ermənilər yaşayan məntəqələri Ermənistanın deyil, Azərbaycanındır. Ermənistanın nümayiş etdirdiyi siyasət də göstərir ki, Ermənistan bu regiona nəzarəti itirmək istəmir. Azərbaycan Ermənistana təzyiq etsə də, görünən odur ki, Bakının məqsədi Ermənistanı parçalamaq deyil və beynəlxalq qaydalara əsasən belə bir şey mümkün deyil”.
Onun sözlərinə görə, Ermənistan da İranla sərhədinin yox olması ehtimalından narahatlığını bildirmədən, yalnız öz ərazisi üzərində milli suverenlik hüququnu əsas tutur və onun ərazisindən keçən Azərbaycan-Naxçıvan kommunikasiya marşrutuna nəzarət etmək imkanını əldən vermək istəmir.
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.073658