İranın ölkədəki qum və toz fırtınalarının baisinin Türkiyə olduğu ittihamlarına cavab verildi

2022-05-13 15:14:00

İranın ölkədəki qum və toz fırtınalarının baisinin Türkiyə olduğu ittihamlarına cavab verildi

“Elmi əsası yoxdur”

Hurriyyet.az Türkiyənin “Star” nəşrinə istinadla xəbər verir ki, İran meydana gələn qum və toz fırtınaları və Tehranda havanın çirklənməsinə görə Türkiyəni ittiham etdikdən sonra Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat təmsilçisi Tanju Bilgiç bununla bağlı açıqlama verib.

Açıqlamada deyilir: “Türkiyədəki su anbarlarının coğrafiyamızda qum və toz fırtınalarına səbəb olduğu iddialarının elmi əsası yoxdur. Tehran iqtidarının bu cür məsələlərdə Türkiyəni müqəssir hesab eləməsi problemlərin həlli üçün real yanaşma deyil”.

Bilgiç İran kimi Türkiyəyə də təsir göstərən qum və toz fırtınalarının  dünyadakı iki ən böyük qum mənbəyi olan Afrika və Orta Asiya səhralarından gəldiyini bildirib: “Bu fırtınaların artmasının səbəbi iqlim dəyişikliyinin doğurduğu fəsadlar, meşələrin azalması, səhralaşma və quraqlıqdır”.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İran parlamentinin iclasında Türkiyənin su anbarları tikmək siyasətini tənqid edən açıqlama vermişdi.

Tanju Bilgiç bildirib ki, İran mətbuatındakı bir çox yazılarda ölkədə son vaxtlarda artan qum və toz fırtınalarının, paytaxt Tehran şəhərində havanın çirklənmə səviyyəsinin artmasının səbəbinin Türkiyənin öz ərazisində su anbarları tikməsi olduğu iddia edilir.

Hürr Tərcüman                               


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya