Saat:18:11
Haqqımızda

İranın ölkə xaricində cildini dəyişən buqələmun mollaları...

2022-12-01 11:51:00

İranın ölkə xaricində cildini dəyişən buqələmun mollaları...

İran rejiminin riyakarlığı bir çox platformalarda təzahür edir. Bu molla rejiminin ölkə vətəndaşlarına tutduğu amansız divanda da özünü tam çılpaqlığı  ilə biruzə verir. Amma yalnız bu deyil.

Molla rejiminin təmsilçilərinin ölkə içində "mömin" obrazına bürünmələri, ölkə xaricində isə daşıdığı dini kimliyi inkar edən dünyəvi imici Qətərdə baş tutan futbol üzrə dünya çempionatında ortaya çıxıb. Belə ki, dövlət büdcəsi hesabına Qətərə, dünya çempionatına yollanmış haramzadalar arasında molla Bəhrami də var.
"Zamiad" avtomobil istehsalı şirkətinin idarə heyətinin də üzvü olan bu yaramaz İranda əmmaməli "üləma", mundialda isə başında beysbolka ilə dolaşan "cool boy" olub.
Futbol yarışından İran hökumətinin siyasi məqsədləri üçün istifadə edən müftəxor molla əlində cəhənnəmə vasil olmuş general Qasım Süleymaninin şəklini tutub. Molla rejiminin üləma obrazındakı təmsilçiləri ikrah doğurur.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR