İranın müdafiə naziri: “Regionda müharibə olmayacaq”
.jpg)
"İRNA" xəbər agentliyi məlumat verir ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Azərbaycan və Ermənistan arasında yaranmış gərginliyə münasibət bildirib.
Nazir deyib:
“Bölgədə müharibə baş verməyəcək və İslam Respublikasının regionun geosiyasəti ilə bağlı mövqeyi bəllidir”.
Briqada generalı Məhəmmədrza Aştiani bugün İran hökumətinin iclasından sonra jurnalistlərə bildirib:
“Bununla bağlı İran Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən son müşavirə və toplantıların nəticələrinə əsasən, bizim mövqeyimiz kifayət qədər aydındır. Biz regionun geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik və bu, hamıya aydındır”.
O, Qafqazda baş verən proseslərin monitorinqinə toxunaraq qeyd edib: “Hazırda araşdırdığımız tendensiya göstərir ki, hər hansı xüsusi bir insident baş verməyəcək”.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya