Saat:03:22
Haqqımızda

İranın keçmiş prezidentindən sensasiyalı məktub - VİDEO

2024-05-14 21:45:47

İranın keçmiş prezidentindən sensasiyalı məktub - VİDEO

2013-21-ci illərdə, yəni səkkiz il müddətində İran prezidenti olmuş Həsən Ruhani ilə İranda seçkilərin keçirilməsinə nəzarət edən, o cümlədən namizədlərin səlahiyyətini təsdiqləyən Nəzarət Şurası arasında üç aydan artıq davam edən söz davası özünün kulminasiyasına çatıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Belə ki, bu ilin yanvar ayında Nəzarət Şurası martın 1-də keçirilməsi nəzərdə tutulan Ekspertlər Şurasına seçkidə namizəd kimi Həsən Ruhaninin səlahiyyətini təsdiqləməyib, başqa sözlə, onu diskvalifikasiya edib. Həmin vaxtdan etibarən Ruhani istər kütləvi çıxış və bəyanatlarında, istərsə də Nəzarət Şurasına ünvanladığı məktublarda onun seçkiyə buraxılmamasının səbəblərini açıqlamağı tələb edib. Nəhayət, aprelin 30-da Nəzarət Şurası bununla bağlı keçmiş prezidentə məktub göndərib. Məktubla tanış olduqdan sonra isə Həsən Ruhani onun seçkiyə buraxılmaması üçün göstərilən səbəblərlə razılaşmayıb və cavab olaraq yazdığı geniş məktubu dünən, mayın 13-də özünün fərdi saytında dərc edilib.

Maraqlıdır ki, məktub Nəzarət Şurasına deyil, İran xalqına müraciətlə yazılıb, yəni artıq keçmiş prezident ictimai rəyə üz tutmağı lazım bilib. Bu da həmin məktubun təkcə yerli mətbuatda yox, beynəlxalq mediada da geniş diqqət çəkməsinə, sosial şəbəkələrdə müzakirələr doğurmasına səbəb olub. Məsələ burasındadır ki, həmin məktubda söylədiyi fikirlər və toxunduğu məqamlarla Həsən Ruhani istər-istəməz İran siyasi sisteminin anormallıq və eybəcərliklərini qabardıb, ölkədə gedən siyasi proseslərin mahiyyəti və alt qatları barədə önəmli məqamlara toxunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202479