İranın işğalçı Ermənistana ixracı 20% artıb

2022-08-31 14:28:00

İranın işğalçı Ermənistana ixracı 20% artıb

Bu ilin ilk 7 ayında İranın işğalçı Ermənistana ixracı 115 milyon dollara yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.
İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə departamentinin rəisi “İRİB News”a müsahibəsində deyib: “Ölkəmizin bu il Ermənistana ixrac hədəfi 400 milyon dollardır”.
İranın Rusiya və Azərbaycan bazarına daxil olması üçün Ermənistanın əhəmiyyətinə toxunan  Rəhmətullah Xurmalı əlavə edib: “İranın şimal qonşusu və Avrasiyanın Birliyinin üzvü olan Ermənistan ölkəmizin kənd təsərrüfatı mallarının Avrasiyaya çıxışı üçün quru yolla giriş qapısı sayılır”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058996