Saat:03:00
Haqqımızda

İranın İrəvandakı səfiri: “Ermənistanda fars dilinin tədrisi Paşinyanın və hökumətin ciddi istəyidir”

2024-07-19 09:51:45

İranın İrəvandakı səfiri: “Ermənistanda fars dilinin tədrisi Paşinyanın və hökumətin ciddi istəyidir”

Dünən İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Tələbə” xəbər agentliyinə müsahibəsində fars dilinin bu ölkədə tədrisinə toxunub. Sübhani bildirib ki, “Ermənistan məktəblərində fars dilinin tədrisi ölkənin baş naziri Nikol Paşinyanın və hökumətin ciddi istəyidir. Ermənistan hökuməti fars dilinin tədrisi üçün bizimlə əməkdaşlıq edir". 

O həmçinin əlavə edib ki, Ermənistanda 19 məktəbdə 3 min şagird fars dilində təhsil alır.

"Biz Sədi Fondu və digər qurumlarla birlikdə fars dilinin tədrisi üçün lazım olan vəsaitləri və imkanları təmin etməyə çalışırıq. Ermənistana İrandan fars dilinin tədrisi üçün professor gətirdik və hazırda o, bu ölkənin universitetində fars dilini tədris edir. Fars dili müəllimləri üçün biliklərin artırılması məqsədilə burada kurslar keçirilib. Fars dili əla bir dildir və onu öyrətməklə ölkəmizin mədəniyyəti yayılır”, deyə səfir şərh edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.232121