İranın İraqı ələ keçirmək uğrunda müharibəsi ölkəni viran qoyur və canlar alır: nəticə 12 ölü, 85 yaralı

2022-08-30 13:44:00

İranın İraqı ələ keçirmək uğrunda müharibəsi ölkəni viran qoyur və canlar alır: nəticə 12 ölü, 85 yaralı

İraqın paytaxtı Bağdadda İrana bağlı yaraqlılarla Sədr tərəfdarları arasında qarşıdurma davam edir: nəticə 12 ölü, 85 yaralıdır.
"AFP" xəbər ajansının məlumatına görə, avqustun 29-da Bağdadın Yaşıl Zonasında baş verən silahlı toqquşmalarda 12 nəfər ölüb, 85 nəfər yaralanıb.
Bu toqquşmalar İrana bağlı “Həşdi-Şabi” qüvvələrinin Müqtəda Sədr tərəfdarı olaan etirazçılara atəş açmasından sonra silahlı qarşıdurmaya çevrilib.
Bağdadın Yaşıl Zonasında “Sədr” hərəkatının silahlı qanadı olan “Saraya əl-Salam” qruplaşması ilə İrana bağlı yaraqlılar arasında baş verən qarşıdurma zamanı Sədr tərəfdarları İslam Respublikası və Tehranın proksi qüvvələrinə qarşı şüarlar səsləndirərək, onların İrana qayıtmasını tələb ediblər.

Başqa sözlə desək, baş verənlərin kökündə İranın İraqı ələ keçirmək və öz təsir dairəsinə almaq uğrunda savaşı və buna qarşı dirəniş göstərən Müqtəda əs-Sədrin müqaviməti durur.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057676