İranın gəmisi Küveytin ərazi sularında batıb
2024-09-03 15:17:18
Hurriyyet.az xəbər verir ki, sentyabrın 1-də İranın "Ara Bahtar – 1" yük gəmisi Küveyt dövlərinin ərazi sularında batıb. Gəminin heyəti 6 nəfərdən ibarət olub. Heyət üzvlərinin nəşlərinin axtarışı davam edir. "Mehr" agentliyinin yazdığına görə, bu barədə İranın Dəniz Nəqliyyatı və Limanlar Təşkiilatının Təhlükəsizlik və Sahil Mühafizəsi İdarəsinin başçısı Naser Pasande məlumat verib: "Batan gəminin altı ekipaj üzvü arasında İran və Hindistan vətəndaşları da olub. Üç nəfərin cəsədi tapılıb, daha üç cəsədin axtarışları davam edir”.
İran ilə Küveytin birgə axtarış-xilasedici əməliyyatı bazar günü başlanıb.
Hürr Tərcüman