"İranın fars əhalisini türklərə və azərbaycanlılara nifrət birləşdirir" - ƏRƏSTUN ORUCLU

2021-10-14 12:00:00

"Hər kəs bunu qəbul etməlidir ki, inancından, milliyyətindən, sosial statusundan asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır və bərabər hüquqlara malikdir"

"İranla Azərbaycan arasında münasibətlərin aydınlaşdırılması ölkəmizdəki dini kəsimin hüquqlarına toxunmadan ancaq siyasi müstəvidə həyata keçirilməlidir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.

Siyasi şərhçinin fikrincə, ölkə daxilində hər kəs bunu qəbul etməlidir ki, inancından, milliyyətindən, sosial statusundan asılı olmayaraq, hər kəs Azərbaycan vətəndaşıdır və bərabər hüquqlara malikdir: "Bu mənada da elə həmin İrandan nümunə götürməliyik. Daha doğrusu, onun fars əhalisindən. Dindar və ya dünyəvi olmalarına baxmayaraq, hər iki kəsimi türklərə və azərbaycanlılara nifrət birləşdirir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az