İranın Ermənistandakı keçmiş səfiri: "Türkiyə odla oynadığını bilməlidir" - FOTO
2022-08-13 22:07:00
“Türkiyə odla oynadığını bilməlidir”.
Bu sərsəmləməni iranlı diplomat, İranın Ermənistandakı keçmiş səfiri Seyid Kazım Səccadi özünün Tvitter səhifəsində yazıb. O bildirib ki, 44 günlük müharibə zamanı Türkiyə suriyalı “terrorçuları” Qarabağa yerləşdirib. Səccadi əlavə edib ki, Türkiyə İran sərhədlərində yeni eyni şeyi etməyə çalışır.
“Terrorçuların Türkiyə tərəfindən Suriyadan Azərbaycana keçirilməsi və onların İran sərhədlərində olması qəbuledilməzdir.
Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi İran sərhədləri yaxınlığında zərərli fəaliyyətlər planlaşdırır. Türkiyə bilməlidir ki, odla oynayır”, – deyə “diplomat” yazıb.
Xuraman Etibarlı,
KONKRET.az