İranın ən böyük sərmayədarı Rusiyadır – strateji əməkdaşlıq
2023-03-23 15:54:00
Huriyyet.az xəbər verir ki, İranın son maliyyə ilində (21 mart 2022-20 mart 2023) bu ölkəyə qoyulan 4,2 milyard ABŞ dolları həcmində xarici sərmayənin üçdə iki hissəsi – yəni 2,76 milyard dolları Rusiyanın payına düşür.
Bu barədə açıqlamanı İranın İqtisdiyyat və Maliyyə naziri Ehsan Xanduzi “Financial Times” nəşrində 23 mart tarixində dərc edilmiş müsahibəsində verib.
İranlı nazir deyib: “Biz Rusiya ilə münasibətlərimizi strateji əlaqələr kimi qiymətləndiririk. Bir çox sahələrdə, o cümlədən, iqtisadi sahədə əməkdaşlıq edirik. Çin ilə Rusiya bizim iki əsas iqtisadi tərəfdaşımızdır. İran bu ölkələrlə əlaqələrini strateji razşılaşmalar vasitəsi ilə genişləndirməyi planlaşdırır”.
Hürr Tərcüman