İranın dron və raket istehsalı mərkəzi yandırıldı

2022-12-13 13:55:00

İranın dron və raket istehsalı mərkəzi yandırıldı

Hurriyyet.az “Avio.pro”  portalına istinadla xəbər verir ki, İranda nümayişçilər ölkənin dron və raket istehsalı üzrə aparıcı müəssisəsini yandırıblar. Etirazçılar İsfahan Texniki Universitetinə hücum ediblər. Onların əsas hədəfi İranın dronlar və raketlər də daxil olmaqla, müasir silahlar istehsal edən elmi mərkəzi olub.

Etirazçılar büronun yerləşdiyi mərkəzi yandırıblar. Nəticədə mərkəzin bir neçə əməkdaşı həlak olub, dronların hazırlanması ilə bağlı bir çox sənədlər yanıb.

Universitetin digər kafedraları zərər çəkmədiyi üçün hakimiyyət hücumun qəsdən təşkil edildiyini hesab edir.

Bundan əvvəl etirazçılar İranın hərbi bazalarından birindəki kazarmanı yandırmışdılar və nəticədə onlarla hərbçi zərər çəkmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140853