İranın dörd hərbçisi öldürüldü
2022-12-19 18:20:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun dörd nəfər hərbçisi terrorçularla toqquşma nəticəsində həlak olub. Bu barədə məlumatı İranın “Mehr” agentliyi verib.
Agentliyin məlumatına görə, İİKK üzvləri Saravan sərhəd rayonunda terrorçular tərəfindən öldürülüblər. Bundan sonra terrorçular Pakistan tərəfinə qaçıblar. İnsidentin təfərrüatları açıqlanmır.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya