İranın daxili işlər nazirindən hədələyici tərzdə replika: “İran-Azərbaycan əlaqələrinə üçüncü tərəflər qarışmamalıdır”

2022-09-01 14:22:00

İranın daxili işlər nazirindən hədələyici tərzdə replika: “İran-Azərbaycan əlaqələrinə üçüncü tərəflər qarışmamalıdır”

İranın daxili işlər naziri Əhməd Vəhidi Tehranda Azərbaycanın Baş prokuroru ilə görüşdə deyib: “Hər iki tərəf üçüncü qüvvələrin iki ölkə arasında yaxşı münasibətlərə müdaxilə etməməli olduğunu vurğulayıb”.
İki ölkənin yaxşı və strateji əlaqələri olduğunu və yaxşı gələcəyi olacağını bildirən Vəhidi İran və Azərbaycan arasında çoxlu ortaq məsələlərin gündəlikdə durduğunu da qeyd edibb.
“Görüşdə həm də icra və əməliyyat məsələləri müzakirəyə çıxarılıb və uyuşdurucu maddələrlə bağlı məsələlərin əlaqələndirilməsi və Azərbaycana səfər edən İran vətəndaşlarının qarşılaşdıqları problemlər nəzərdən keçirilib”, deyə o əlavə edib.
Onun sözlərinə görə, qaldırılan digər məsələlər arasında məhbusların mübadiləsi üzrə tərəflər arasında əməkdaşlıq, habelə tərəflər arasında əlaqələrin genişləndirilməsinə kömək edə biləcək digər müxtəlif məsələlər də razılaşdırılıb.

P.S. Maraqlıdır, Azərbaycanın ünvanına hədələyici tonda təhdidvari ifadələr səsləndirən müxtəlif İran rəsmiləri ilə oxşar tərzdə fikrini ifadə edən İran DİN naziri "üçünücü qüvvələr iki ölkənin işinə müdaxilə etməməlidir" ifadəsində İsraili yoxsa Türkiyəni nəzərdə tutur? Çünki İraq və Suriyada baş verənlər fonunda İranın İsraillə apardığı "söz döyüşü"nünü real fazaya keçməyəcəyi, heç vaxt da keçmədiyi aydındır. Türkiyəyə münasibətdə isə işlər fərqlidir. İran özünə real düşmən kimi Türkiyəni görür, bölgədə türk amilinin güclənməsinə var-gücü ilə müqavimət göstərir. Xüsusilə Azərbaycanın İrana birləşdirilməsi iddialarını perspektiv gələcək kimi görən İranlı ekspertlər və sairələrin ifadələrindən sonra DİN nazirinin də "göstəriş" üslubundakı bu iddiası belə təəssürat oyadır ki, rəsmi Tehran Azərbaycanı Ermənistana baxdığı kimi öz əyaləti kimi gözdən keçirməyi çox istəyərdi. Amma yürütdüyü bu aqressiv tərzi İranın sonunu yaxınlaşdırır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061366