İranın Böyük Britaniyadakı yüksək rütbəli diplomatı XİN-ə çağırılıb
2023-02-20 23:43:00

İranın Böyük Britaniyadakı yüksək rütbəli diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Twitter" hesabında bildirib.
"Bu gün İranın ən yüksək rütbəli diplomatını çağıraraq bildirdim ki, biz Böyük Britaniyada jurnalistlərə qarşı təhdidlərə dözməyəcəyik.
İranlıların repressiyaya məruz qalmasında və öldürülməsində iştirak edən rejim üzvlərinə də sanksiya tətbiq etmişik.
İranın təhdidləri heç vaxt cavabsız qalmayacaq", -deyə Kleverli vurğulayıb.
Qeyd edək ki, son günlər Britaniyada çalışan İrandakı rejimi tənqid edən iran əsilli jurnalistlər təhdidlərə məruz qaldıqlarını bildirirlər. \\APA
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya