İranın Bakıdakı yeni səfirinin adı açıqlandı
2025-06-03 09:41:27

Hurriyyet.az xəbər verir ki, İran Azərbaycan Respublikasına yeni səfirini təyin edib.
ISNA agentliyinin məlumatına görə, İranın Bakıdakı yeni səfiri Müctəba Dəmirçili Avrasiya üzrə mütəxəssisdir.
Agentliyin məlumatında deyilir: "İranın Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş direktoru Müctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim edilib".
Müctəba Dəmirçili İranın 2006-2010-cu illərdə Gürcüstandakı, 2014-2018-ci illərdə isə Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edib.
Hürr Tərcüman
