İranın Bakıdakı səfiri İsrailin Bakı səfiri Corc Diki təhdid edib

2022-07-21 10:30:00

İranın Bakıdakı səfiri İsrailin Bakı səfiri Corc Diki təhdid edib

İranın Bakıdakı səfiri İsrail diplomatını təhdid edib. Belə ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi, İsrailin Bakıdakı səfirinin Təbriz haqqında kitabla paylaşımına Tvitter hesabında münasibət bildirib:
“Macəra axtarışında olan bu oğlancığazın nəzərinə: Əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk xəbis sionisti də Təbrizin qeyrətli əhalisi tərəfindən dəfn ediləcək. Qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!”.
Qeyd edək ki, Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.
İsrail diplomatı Tvitterdə yazıb:
"Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Siz bu günlərdə nə oxuyursunuz?"


Xatırladaq ki, "Təbrizin sehrli nağılları" dünya incəsənəti tarixində özünəməxsus yer tutan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin bir hissəsi olan Azərbaycan miniatür sənətindən bəhs edir.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.090196