Saat:00:36
Haqqımızda

"İranın Azərbaycanda "yatmış hücrələr" formalaşdırdığı da istisna deyil" - ELXAN ŞAHİNOĞLU

2023-02-01 14:40:00

"İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir"

"İsrailin müdafiə naziri Yoav Qallant fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib. Nazirlər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İsrailin müdafiə naziri daha sonra Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefonla danışıb. Bu telefon danışığında isə tərəflər sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır: "İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir. İsrail İrandakı hərbi müəsssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Tehran İsraillə yanaşı, Tel-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər: "Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı "yatmış hücrələr" formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR