İranın Azərbaycana qarşı cəmi bir düzünü tapaq...

2022-07-20 17:39:00

İranın Azərbaycana qarşı cəmi bir düzünü tapaq...

İslam aləmində köçə hicrət deyirlər. 622-ci ilin iyulunda olduğu kimi, dünən də hicrət var idi. Zəngilana, Ağalıya müqəddəs hicrət...

Yuxu kimidir, amma realdır. Reallıq odur ki, buna qədər Zəngilanı yuxuda görənlər, indi yuxudan oyananda görəcəklər.

Yuxusu çin olanların gözü aydın olsun! Bəs, yuxusunu qarışdıranlara nə deyək?

Ötən gün böyük qayıdışın reallaşdığı saatlarda tvitterdə bir paylaşım edilir. Hər halda bu, əsla təsadüf ola bilməz. Zəngilan camaatının “veş-vüş”ünü yük maşınlarına yığıb Ağalıya qayıtmağa hazırlaşdığı vaxtda İranın Ali rəhbəri Əli Xamenei tviterdə yazır: 

“Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”.

Görürsünüz, necə qıcıq yaradırlar? 2500 illik dövlətçilik tarixi ilə öyünən İran, özünü adamın şad günündə, toyda mahnı sifarişi üstündə dava salan “mamoğlu” kimi aparır.

Bu sualı özümüzə çox vermişik - İranın Ermənistana olan sevgisi nədən qaynaqlanır? Niyə bir İslam ölkəsi Allahın evində, vaxtilə məsciddə donuz saxlayanlara bu qədər rəğbət bəsləyir? Bu, bir, üç, beş ayın da məsələsi deyil. İranın erməni sevgisi birinci Qarabağ müharibəsindən də əvvələ təsadüf edir axı.

Hər halda birinci Qarabağ müharibəsi dövründə işğal prosesinə rəhbərlik edən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan boşuna demirdi ki, “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”.

Deməli, İran burada maraqlı tərəfdir. Buna görə də cənub qonşumuz öz kinində boğulan Ermənistanı süni nəfəs verərək həyatda saxlamağa çalışır.

Elə bu səbəbdən də Xameneinin fikrinə “Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik” cümləsi ilə başlaması onun səmimi olduğu anlamına gəlmir. 

Çünki İran Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ildə bircə dəfə də olsun, Ermənistan qarşı təzyiq xarakterli addım atmayıb, əksinə bu ölkənin mümkün qədər daha çox dirəniş göstərməsinə, Azərbaycanın isə bir dövlət kimi zəifləməsinə səy göstərib. Bir sözlə, müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdür və bunu nümayişkəranə şəkildə, açıq-açığa öz əməlləri ilə sübut edir. Hər halda 1992-ci ildə Şuşanın işğalında rəsmi Tehranın rolunu da, Vətən Müharibəsi zamanı İranın Ermənistana hərbi texnikalar göndərməsi faktını da unutmuş deyilik.

Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyada İranın Ermənistandan başqa dostu yoxdur, Qərb, Şərq, İslam, Xristian ölkələri – İran hamıya düşmən gözü ilə baxır.

Əvəzində isə Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. 

Bəs, İran ötən 30 ildə nə edib? 

Sualın cavabını variantlara bölək:

A) Viran edilmiş evlərin daşlarını daşıyıb.

B) Azərbaycan torpaqlarında “əkin-biçin” aparıb.

C) Qanunsuz yük daşımaları ilə məşğul olub.

D) Ermənistana tam dəstək!

Qayda belədir ki, dörd səhv bir düzü aparır. İndi gəlin İranın Azərbaycan qarşı cəmi bir düzünü tapaq...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069214