Saat:16:33
Haqqımızda

İranın Azərbaycana qarşı aqressiyasının səbəbləri bəlli oldu: Tehran nədən narahatdır? - AÇIQLAMA

2021-09-23 13:37:00

İranın Azərbaycana qarşı aqressiyasının səbəbləri bəlli oldu: Tehran nədən narahatdır? - AÇIQLAMA

Son günlər Azərbaycana münasibətdə İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır.

Hurriyyet.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib. O İranın niyə bu cür addımlar atdığını belə izah edib:

-Azərbaycanın Qarabağ savaşındakı uğurunu həzm edə bilmir;

-açıq dəstək verdiyi İrəvanın uduzmağından məyusdur;

-müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan narahatdır;

-Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasına tərəfdar olmasından qorxur;

-özünün riyakar “islam həmrəyliyi” siyasətinin ifşa olunmasından, Azərbaycandakı “5-ci kolon”unun seyrəlməsindən pəjmürdədir;

-Ərdoğan-Putin görüşündən (Soçi, 29 sentyabr) və ümumən Rusiya-Türkiyə işbirliyindən ehtiyatlanır;

-Türkiyə və Ermənistan arasında yaxınlaşmanı özü üçün fəlakət sayır və sairə.

Qulu Məhərrəmli – qul psixologiyalı ingilis bayrağı

Qulu Məhərrəmli İranın hərbi təlimlərinə cavab olaraq Türkiyənin sərhədə xeyli qoşun, hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları (PUA, “Bayraktar” və s.) yığdığını bildirib. Tehranda və Təbrizdə isə İranın Ermənistana dəstəyinə qarşı kütləvi etirazların başlamasına diqqət çəkib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR