Saat:05:20
Haqqımızda

İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib

2024-04-25 22:29:03

İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib

İranın bir sıra əyalətlərində, xüsusən də mərkəzi və cənub-şərq bölgələrində iki gün öncə başlayan leysan nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb.

“Son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib. Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəlucistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan daşqınlara səbəb olub”, - deyə İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172525