İranı vuran PUA-lar buradan qalxıb - Şok
2023-01-30 16:50:00

İstintaqın ilkin nəticələri İranın İsfahan şəhərindəki hərbi zavodun PUA-larla vurulmasında İsrailin əli olduğunu göstərir.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“İlkin əlamətlər İsrailin İsfahana hücumda iştirakına işarə edir, araşdırmalar davam etdiriləcək”, - İranın nümayəndəsi telekanala bildirib.
O, həmçinin, hərbi obyektə hücum edən PUA-ların İranın öz ərazisindən buraxıldığını təsdiqləyib.
Xatırladaq ki, ötən gün İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı zavoduna PUA hücumu edilib. Nəticədə dəhşətli yanğın baş verib.
axar.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya