İrandan Türkiyə əleyhinə bəyanat: “Qarşı çıxacağıq”

2022-05-30 16:31:00

İrandan Türkiyə əleyhinə bəyanat: “Qarşı çıxacağıq”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadl xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Səid Xətibzadə mətbuat konfransındakı çıxışı zamanı Türkiyənin Suriyada aparmaq niyyətində olduğu antiterror əməliyyatına qarşı çıxacaqlarını bəyan edib.

İran XİN-in açıqlamasında Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyat aparacağı halda, Tehran iqtidarının bunun əleyhinə olacağı bildirilir.

Mətbuat konfransında jurnalistin “Suriyada Türkiyənin hərbi əməliyyat ehtimalı” barəsində sualının cavabında Xətibzadə deyib: “İran aralarındakı anlaşılmazlıqları həll eləmək üçün başqa ölkələrin torpaqlarında hər hansı bir hərbi əməliyyata və güc tətbiq edilməsinə qarşı çıxır”. Xətibzadə belə bir əməliyyatın “Suriyanın ərazi bütövlüyünün və milli suverenliyinin pozulması” olduğunu, “vəziyyəti daha da qarışdıracağını və gərginliyi artıracağını iddia edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya