İrandan sərhəddəki gərginliyə reaksiya: Köməyə hazırıq!

2021-07-24 15:38:00

İrandan sərhəddəki gərginliyə reaksiya: Köməyə hazırıq!

Rəsmi Tehran Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə münasibət bildirib.     

 

Modern.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə mətbuata açıqlamasında deyib ki, ölkəsi Cənubi Qafqazda tezliklə davamlı sülhün əldə olunmasında maraqlıdır.  

 

"Biz tərəfləri sərhəd mübahisələrini təmkinlə və sülh yolu ilə həll etməyə çağırırıq. İran regonda davamlı sülhə nail olmaq üçün istənilən köməyi təklif etməyə hazırdır", - XİN rəsmisi Bakı və Yerevana çağırış edib.

 

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.