İrandan innovativ casusluq addımı: İllərdir öz agentlərini hakim cildində beynəlxalq yarışlara göndərirmiş
2023-09-05 09:43:58
“Iran Wire” internet səhifəsi xüsusi hesabatında İranın illərdir öz agentlərini beynəlxalq hakim adı altında ölkədən xaricdə boks yarışlarına göndərdiyini ifşa edib.
Hakim cildində göndərilənlərin biri Ərak şəhər prokurorunun müavini və İranın Silahlı Qüvvələr Ortaq Qərargahı Təhlükəsizlik Şöbəsinin mühafizəçisi olub.
Onlar ötən illər ərzində Asiya, Avropa və Amerikada beynəlxalq boks və digər yarışlara “beynəlxalq hakim” kimi göndəriliblər.
Veb-saytın sentyabrın 4-də nəşr etdiyi hesabatına əsasən, prokuror müavini Əbülfəzl Amiri Şəhrabi və Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə həmin metodla ölkədən kənara göndəriliblər.
Ülviyyə, Hurriyyet.az